image-naxcivanbackend

“Naxçıvan birləşmiş ordusu xüsusi təlim keçmiş ordudu”-Tiqran Abramyanın qorxusu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ermənistanın “Mənim şərəfim var”  parlametn fraksiyasının katibi Tiqran Abramyan facebook səhifəsində açıq-aşkar Azərbaycan ordusundan qorxduqlarını etiraf edib. Abramyan xüsusən də Naxçıvanda yerləşən əlahətdə ordumuzdan qorxuqlarını bu şəkildə yazır:

“Azərbaycanın Ermənistanın suveren ərazisindən Zəngəzur dəhlizin reallaşdırmaq üçün növbəti hərbi hücumu planlaşdırması, hücum coğrafiyasını, o cümlədən Naxçıvan istiqamətində genişləndirməsi barədə etibarlı məlumatlar var”.

Bu bəyanatdan, eləcə də son bir gündə cəbhə xəttində hökm sürən sükutdan ən azı müşahidə etmək olar ki, Azərbaycan pauza dövründən yeni əldə etdiyi ərazilərdə möhkəmlənmək, hücum potensialını doldurmaq və qoşunları yenidən qruplaşdırmaq üçün istifadə edir. Bircə onu xatırladıram ki, təqribən 10 il bundan əvvəl Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən ordu korpusu ayrıca vahid ordu şəklində yenidən təşkil edilmiş və bir çox müasirləşmə mərhələlərindən keçmişdir. Onu da qeyd edim ki, Naxçıvan birləşmiş ordusu türk ordusu ilə birgə bir çox təlim proqramlarından tutmuş birgə hərbi təlimlərə qədər xüsusi təlim keçir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki