Naxçıvan və regionlar üzrə 11 285 uşaq bağçalara qəbul olunub.
Vətəninfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, Bakını çıxmaq şərti ilə 1670 bağça var. Bu bağçalara 11 285 nəfər qəbul barədə sorğu göndərib.
“Bağçaya qəbul olan uşaqların valideynlərinə 7 gün sənədlərin toplanması üçün vaxt verilir. Sənədləri gecikən sorğular silinir”, – İ.Rəsulova qeyd edib.