“Ali təhsil müəssisələrində bəzi proqramlar həqiqətən də əsaslı şəkildə dəyişdirilməlidir”.
Vətəninfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir: “Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir. Təhsil Nazirliyi də ekspert komissiyalarının rəyi əsasında həmin proqramları təsdiq edir”.