“Bütün məktəblər əyani təhsilə qayıdıb”.
Veteninfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda distant təhsildə olan məktəb və sinif yoxdur:
“Müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur. Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı müşahidə edilə bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır” – deyə nazir qeyd edib.