image-reklam-veteninfo
image-1backend

Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?

image-reklam-veteninfo

Azərbaycanda son illər ekologiya sahəsi ilə bağlı şikayətlər səngimək bilmir.
Xüsusilə meşələrin məhv edilməsi, qanunsuz ağackəsmə, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı iddialar ictimai narahatlığı daha da artırır.

Bu müzakirələrin mərkəzində isə eyni ad hallanır – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimov.

Vətəninfo.az  xəbər verir ki, nazir müavininin adı illərdir müxtəlif regional idarələrdəki qalmaqallar, meşə təsərrüfatlarında baş verən qanunsuzluqlar və “Azəryaşlandşaft” ASC ətrafında yayılan narazılıqlarla yanaşı çəkilir.

İddialara görə, meşə təsərrüfatlarında bir çox təyinatlar məhz onun razılığı ilə həyata keçirilir, peşəkar olmayan şəxslər rəhbər postlara gətirilir, qanunsuz qırıntılar və cərimələrlə bağlı sənədlər isə ört-basdır edilir.

Vüqar Kərimovun adı Masallı, Lənkəran, Şəki və digər bölgələrdə baş verən qalmaqallarda da çəkilir. Xüsusilə “Azəryaşlandşaft” ASC ətrafında səslənən ittihamlar diqqət çəkir. İddialara əsasən, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, baxımsızlıq hökm sürür və bəzi təyinatlar şəxsi yaxınlıq prinsipi ilə həyata keçirilir.

Cənub bölgəsindəki meşələrlə bağlı səslənən iddialar isə daha ağırdır. Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki olaraq yoxa çıxması barədə məlumatlar ciddi narahatlıq yaradıb. İddialara görə, qanunsuz qırıntılarla bağlı aktlar gizlədilib, həqiqəti yazan əməkdaşlara təzyiqlər olub.

Ekologiya sistemində artıq “toxunulmazlıq” görüntüsündən danışılır. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə meşələrə cavabdeh şəxslərin adı “meşə mafiyası” ifadəsi ilə yanaşı çəkilir.

Cəmiyyət isə bir neçə suala cavab gözləyir: 76 hektar meşə haradadır? Qanunsuz qırıntılar niyə araşdırılmır? Dövlət meşə fondu torpaqları necə örüş və əkin sahələrinə çevrilir? Və niyə bütün bu iddiaların mərkəzində daim Vüqar Kərimovun adı keçir?savashmedia.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki