image-1jpegbackend

Nazir: Naxçıvanda sertifikasiya prosesində iştirak edən müəllimlərin 42 faizi 51 baldan yuxarı toplayıb

image-reklam_sirab_01

Naxçıvanda sertifikasiya prosesində iştirak edən 366 müəllimin 42 faizi 51 baldan yuxarı toplayıb.

Bunu Vətəninfo.az-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

E.Nəcəfov bildirib ki, muxtar respublikada keçirilən sertifikasiya prosesi müəllimlərin nəticələri baxımından uğurlu olub:

“Bildiyimiz kimi, Naxçıvanda 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. Naxçıvan Muxtar Respublikasında keçirilmiş sertifikasiya prosesi müəllimlərimizin nəticələri baxımından çox uğurlu olmuşdu. Belə ki, müəllimlərin böyük əksəriyyəti sertifikasiya prosesinin test imtahanı mərhələsində uğur qazana bilmişdi. Sertifikasiya prosesində iştirak edən 366 müəllimin 42 faizi, yəni 153 nəfəri 51 baldan yuxarı nəticə göstərib”.

Nazirin sözlərinə görə, prosesdə iştirak edən 183 müəllimin 30-50 intervalında bal toplaması da uğur kimi qiymətləndirilə bilər:

“Təqribən 33 müəllimimiz isə çox cüzi bal fərqi ilə sertifikasiya prosesində müvafiq keçid balını toplaya bilməyib. Həmin müəllimlərin növbəti il təkrar sertifikasiya prosesində iştirak etmək şansı var. İnanırıq ki, qeyd olunan müəllimlər də öz üzərilərində çalışaraq növbəti il təkrar sertifikasiya imtahanında uğur qazanacaqlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki