image-79backend

Nazir: “Şuşada tikilən məktəbin inşası gələn ilin dekabrında bitəcək”

image-reklam_sirab_01

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

Vətəninfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki