image-94backend

Nazir Türkiyə-Azərbaycan birgə universitetinin fəaliyyət istiqamətlərini açıqlayıb

image-reklam_sirab_01

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində müzakirələrə başlamışıq”.

Vətəninfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

“Ümid edirəm ki, qısa zaman ərzində bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəyik. İki ölkə rəhbərlərinin tapşırığı, siyasi iradəsinin nümayişi nəticəsində azərbaycanlı tələbələr, türkiyəli alimlər, ümumiyyətlə Türkiyə ilə ali təhsil sahəsindəki əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq. İnanırıq ki, bu layihə 1-2 illik deyil, daha dayanıqlı təşəbbüsdür. Bu layihə iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşması məqsədi daşıyır”, – nazir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki