İsraildə ifrat sağçı nazirə məxsus rəsmi avtomobil işğal altındakı Qərb Şəriyədə velosiped sürən fələstinli uşağı vuraraq öldürüb.
Vətəninfo.az WAFA-ya istinadən verdiyi məlumata görə, 16 yaşlı Məhəmməd Məcdi Cabari səhər saatlarında məktəbə gedərkən İordan çayının qərb sahilində nəqliyyat vasitəsi tərəfindən vurulub. Hadisə Xevronda, Kiryat Arba yaşayış məntəqəsinə aparan 60 nömrəli marşrutun Beyt Aynun kəsişməsində baş verib.
Fələstinli uşağın zərbənin təsirindən hadisə yerində həyatını itirdiyi bildirilib. Qəza zamanı avtomobil yol kənarındakı maneələrə çırpılıb və ön hissəsi sıradan çıxıb.
İsrail nazirliyinin ofisi yayımladığı açıqlamada nəqliyyat vasitəsinin nazirə məxsus olmadığını bildirib. Ben-Qvirin ofisindən verilən açıqlamada da sürücünün məsuliyyəti rədd edilərək, uşağın “qırmızı işıqda yola tullandığı” iddia olunub.
Sürücünün qəzanın qarşısını almağa çalışdığı və Cabarinin xəsarət aldıqdan sonra xəstəxanaya aparıldığı qeyd edilib.
Lakin İsrail mediası tibb işçilərinə istinadla uşaqın vəziyyətinin ağır olduğunu və bütün cəhdlərə baxmayaraq hadisə yerində öldüyünü açıqlayıb.
İsrail polisi bildirib ki, Hebron yaxınlığında 60-cı magistral yolda baş verən insidentlə bağlı araşdırma aparılır. “Haaretz” qəzetinə danışan təhlükəsizlik rəsmisi nəqliyyat vasitəsinin nazirlərə ayrılan xüsusi mühafizə vasitələrindən olduğunu və ifrat sağçı Yaşayış və Milli Missiyalar naziri Orit Stroku qorumaq üçün təyin edildiyini bildirib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Naziri Ben-Qvirin avtomobili də 26 aprel 2024-cü ildə qəzaya uğramış, həmin insident zamanı nazir Ramle şəhərində başqa bir avtomobillə toqquşmuş və qabırğalarında sınıq yaranmışdı.


























