image-1backend

Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı

image-reklam_sirab_01

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.

Vətəninfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “İqlim keçidlərində ali təhsilin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: “İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir”.

F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində “Yaşıl həftə” elan olunub: “Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki