image-nensi-pelosinibackend

Nensi Pelosini İrəvana dilənçiliyə gəlir-ERMƏNİ LOBBİSİNİN SƏSİ ÜÇÜN

image-reklam_sirab_01

ABŞ Nümayəndələr Palatasının sədri, Amerika prezidenti Baydenin komanda yoldaşı, ən əsası NP-da bütün varlığı ilə erməni lobbisinin qoynunda yatan, Nensi Pelosini  Almaniyadan Ermənistana gəlir.

Vətəninfo.az xəbər  verir ki, bu məlumatı erməni siyasi ekspert Suren Sarkisyan özünün facebook sosial şəbəkəsindəki hesabında paylaşıb.

Suren Sarkisyan bildirb ki, Nensi Pelosinin İrəvana gəlmə səbəbi son baş verən hadisələr deyil. əgər belə olsaydı  NP-nın sədri Ermənistanla yanaşı Azərbaycana da səfər edərdi. Bu səfərin məqsədi Noybabrda ABŞ-da keçiriləcək seçkilrdi.

Siyasi eksper bildirib ki,  təbii ki,seçkilər olduğuna görə də demokratlara erməni lobbisinin səsi lazımdı. Suren Sarkisyan vurğulayıb ki, Pelosini seçkilərdə demokratlara lazımı köməkliyi,yəni ABŞ-da müxtəlif lobbilərin,xüsusən də erməni lobbisinin dəstəyini qazandırdıqdan sonra, siyasətdən gedəcək. Onun sözlərinə görə, ola bilsin NP-nın sədri seçkilərdə bayden qalib gələcəyi təqdirdə hansısa ölkəyə səfir göndərilsin.

Suren Sarkisyan bildirib ki, Pelosini  bir müddətdi həyat yoldaının müxtəlif qalmaqallı olaylarda adı keçdiyindən, siyasi palitrada ciddi mövqelərini itirib. Amma o illərdi ABŞ-da erməni və digər lobbilərin əhatəsində qorunduğundan. seçkilrədə son şansından istifadə edib partiyasına kömək edəcək.

Suren Sarkisyan bəyan edib ki, Pelosini  Ermənistana gəlməyə qərar verəndə Azərbaycan-Ermənistan sərhəddində hasidələr baş verməmişdi: “Pariteti qorumaq üçün asanlıqla ləğv edə, səfəri təxirə sala, hətta Bakıya da gedə bilərdi. Lakin Pelosi müharibəyə və Amerikadaxili siyasi proseslərə rəğmən Ermənistana gəlmək qərarına gəlib və biz bu vəziyyətdən öz xeyrimizə istifadə etməliyik (əgər bacarırıqsa)”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki