image-01-66backend

Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd olundu.

image-reklam_sirab_01

Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş günü münasibətilə Dövlət Neft və Sənaye Universitetində “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə Millət Vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər. Tədbir iştirakçıları Universitetin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad ediblər.
Əvvəlcə Dövlət Himni səslənib, daha sonra vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 29-cu ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir. Natiq Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmaqla və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı aradan qaldırdığını xüsusi olaraq vurğulamış, Azərbaycan Respublikasının Ümummilli Lideri – Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımladığını qeyd etmişdir.
Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirmişdir.Həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün onun ideyalarına sadiq olan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiqlərin çıxışlarında böyük əminlik hissi ilə bildirildi ki, müstəqil Azərbaycan dövləti məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxacaq, Azərbaycan xalqını firavan, xoşbəxt gələcəyə aparacaqdır.
Tədbir tanınmış incəsənət ustalarının, universitetin rəqs qrupunun və Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki