image-8backend

Nəsimi rayonunda OCEP-2022 lahiyəsi çərçivəsində “Kanadanın tarixi və ənənələri”  adlı tədbir keçirilib  

image-reklam_sirab_01

Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə OCEP-2022 lahiyəsi çərçivəsində “Kanadanın tarixi və ənənələri”adlı tədbir keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Elm və Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilarının sədri və məktəbin pedaqoji kollektivi  iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Kanadanın tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub.

Sonra hər iki dövlətin himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə 23 nömrəli tam orta məktəbin direktoru Nigar Hənifəyeva qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə proqramın yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki,  proqramın uğurlu icrasının Olimpiya mədəniyyəti və təhsilinin təşviqində yeni səhifə açacağına əminliyini bildirib.

Nəsimi rayon İcra Hakimiyyətinin Asif Əsgərov çıxış edərək bildirdi ki, Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır.

Natiq Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini, belə layihələrin məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynamasını vurğuladı.

Tədbirdə digər çıxış edənlər- Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyevvə digərləri bu cür mühüm tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdilər.

Daha sonra tədbir bədii-musiqili hissə ilə davam edib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8 image-9


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki