image-img-20220617-wa0030backend

Nəsimi rayonunda Səhiyyə işçiləri günü qeyd olundu

image-reklam_sirab_01

Nəsimi rayonunda Səhiyyə işçiləri günü qeyd olundu

 

Nəsimi rayon İcra Hakimiyyətində  Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən  səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon  İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək  şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Asif Əsgərov  vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlıq təzahürüdür.

Tədbirdə dünyanı bürümüş koronavirus COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığı xüsusi vurğulandı.

Tədbirdə çıxış edənlər- Bakı şəhər Baş Səhiyyə Mərkəzinin rəisi Elçin Əmirov və İcbari Tibbi Sığorta Agentlik sədrinin müşaviri Nelli Veyisova və digərləri səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-ptrezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda bir qrup səhiyyə işçiləri rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundu.

image-img-20220617-wa0024 image-img-20220617-wa0025 image-img-20220617-wa0026 image-img-20220617-wa0027 image-img-20220617-wa0029 image-img-20220617-wa0028 image-img-20220617-wa0031 image-img-20220617-wa0030


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki