image-reklam-veteninfo
image-timthumb-2backend

Netanyahu Flydubai hadisəsindən sonra İsrailə uçuşlarda təhlükəsizliyin artırılmasını tapşırdı

image-reklam-veteninfo

İsrailin Baş naziri Binyamin Netanyahu Flydubai təyyarəsində baş verən hadisədən sonra ölkəyə həyata keçirilən bütün uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əmr edib.

TASS-ın İsrail Baş nazirinin ofisinə istinadən yaydığı məlumata görə, Netanyahu həm İsrail, həm də xarici aviaşirkətlər üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tapşırıb.

Məlumata görə, qərar Flydubai təyyarəsində baş verən hadisədən sonra qəbul edilib.

Baş nazirin göstərişinin İsrailə uçuş həyata keçirən bütün aviadaşıyıcılara şamil olunduğu bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki