image-reklam-veteninfo
image-1backend

Netanyahu “New York Times” qəzetini məhkəməyə verir

image-reklam-veteninfo

İsrailin Baş naziri Binyamin Netanyahu fələstinlilər haqqında məqaləyə görə Amerikanın “The New York Times” (NYT) qəzetini məhkəməyə vermək qərarına gəlib.Vətəninfo.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş nazirinin ofisinin saytı məlumat yayıb.

Nəşr bildirib ki, “Netanyahu və xarici işlər naziri Gideon Saar indiyə qədər dərc olunmuş ən dəhşətli və təhrif olunmuş yalan məqalələrdən birini dərc etdiyinə görə “New York Times” qəzetinə qarşı məhkəmə iddiası qaldırıblar”.

Ofis vurğuladı ki, söhbət NYT jurnalisti Nikolas Kristofun nəşrindən gedir.

Onun sonuncu məqaləsi 11 mayda dərc olunub. Kristof “Fələstinlilərin təcavüzünə qarşı səssizlik” adlı köşəsində İsraildə fələstinli məhbuslara qarşı sistematik cinsi zorakılıqdan bəhs edir.

O, iddia edir ki, 14 fələstinli kişi və qadın ona əsgərlər, həbsxana gözətçiləri, təhlükəsizlik qüvvələri və məskunlaşanlar tərəfindən qəsəbələrdə həyata keçirilən cinsi işgəncələr barədə danışıblar. O, bu ifadələrin bəzilərinin qohumları, vəkilləri və digər şahidlər tərəfindən təsdiqləndiyini deyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki