image-1624081696_pasinyanbackend

Nikol Paşinyan özünü qorumaq üçün nazirlik yaradır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini qorumaq,müxalif qüvvələri daha ciddi nəzarətdə saxlamaq üçün yaxın aylarda  Ermənistanda daxili işlər nazirliyi yaradacaq.

Bu haqda o bu gün hökumətin 2023-cü il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib. Paşinyan qeyd edib ki, yaxın vaxtlarda polis sektorunda islahatlar aparılacaq, Daxili İşlər Nazirliyi yaradılacaq. Paşinyan çıxışında polisləri sevindirəcək mesaj da verib və vurğulayıb ki, Daxili İşlər Nazirliyinin yaradılması ilə yanaşı, sistemdə ciddi maaş artımları da aparılacaq.

“Əlbəttə, indi patrul polisi xeyli yüksək əməkhaqqı alır, lakin bizim təsəvvürümüz belədir ki, polis və xilasetmə xidmətinin əməkdaşlarının maaşları əhəmiyyətli, nəzərəçarpacaq, dəfələrlə artırılmalıdır, lakin eyni zamanda bizdə keyfiyyət sertifikatı olmalıdır. Əmin olmalıyıq ki, ödənilən ikiqat maaş müqabilində işçidən adekvat keyfiyyətli iş gözləyə bilərik”, – deyə Paşinyan bildirb.

Sosial şəbəkələrin erməni seqmentində Paşinyanın DİN-yi yaratmaq istəyi,eyni zamanda polisin aylıq maaşının artırlması ilə bağlı fikirləri tənqid olunmağa başlayıb. Əsasən müxalifətin nəzarətində olan sosial şəbəkələrdə bildirilir ki, Paşinyan DİN-yi yaratmaqla,eyni zamanda polislərin əmək haqlarını qaldırmaqla,ölkədə polis rejiminə dayanan sistemi tədbiq etməyə çalışır. Eyni zamanda müxalifət bəyan edir ki, Paşinyanın “polis və xilasetmə xidmətinin əməkdaşlarının maaşları əhəmiyyətli, nəzərəçarpacaq, dəfələrlə artırılmalıdır, lakin eyni zamanda bizdə keyfiyyət sertifikatı olmalıdır. Əmin olmalıyıq ki, ödənilən ikiqat maaş müqabilində işçidən adekvat keyfiyyətli iş gözləyə bilərik”-fikri ondan xəbər verir ki, onun hakimiyyətinin qorunmasında canla-başla çalışmayan polislər olacağı təqdirdə,onlar sistemdən uzaqlaşdırılacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki