image-muharibebackend

Niyə Xocalının, Xankəndinin, Ağdərəniin davasını edirik?-Bahadur Seyidov Yazır

image-reklam_sirab_01

“44 günlük Vətən müharibəsi zamanı Azərbaycan 3000 şəhid verdi. Bu isə günə 68 şəhid deməkdir.

Bəli, bu gün Azərbaycan – Ermənistan müharibəsinin bir döyüş günü 50 şəhid itkisidir ən azı.

Amma dünəndən etibarən niyə bu qədər şəhid, nəsə düz getməyib, lazım deyildi, nahaq, hakimiyyəti lənətləyən statuslar yazılır.

Belə yıxıb, asıb kəsəcəyiksə, niyə istəklərimiz çoxdu bəs?

Niyə Xocalının, Xankəndinin, Ağdərəniin davasını edirik?

Niyə dilimizə gətiririk ki, Zəngəzur bizim olub?

Bəlkə, xalq olaraq referendum keçirib ermənilərə güzəşt edək?

Torpaqlardan yenə pay verək onlara?

Necə edək, əziz dostlar?

İnsan oğlunun ta qədimdən bəri vəzifəsi evini, ailəsini qorumaqdır. O ev, ailə isə vətəndir.

Evinin qorunma növbəsinə düşənlər isə bəzən şəhid olur.

Bizim coğrafiya budu, belədi!

Kim istəmirsə, daha təhlükəsiz ölkəyə köçsün, yaşasın.”

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki