image-img-20220609-wa0050backend

Nizami rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçirilib 

image-reklam_sirab_01
Dünən Milli Məclisin sədri Sahibə xanım Qafarovanın və eləcə də millət vəkilləri Könül Nurullayeva və Sədaqət Vəliyevanın təşəbbüsü ilə Nizami rayonunda yerləşən Deputat qərargahında vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçirildi. Aksiya çərçivəsində Azərbaycan Vəkillər Kollegiyasının və “Kredo” Vəkil Bürosunun peşəkar vəkilləri tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid olan vətəndaşlarımıza, həmçinin şəhid ailələrinə və qazilərə hüquqi yardım xidmətləri göstərildi. Vətəndaşlara şifahi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin, iddia ərizələrinin hazırlanması və digər bu kimi məsələlərlə bağlı ödənişsiz xidmətlər təqdim olundu.
Qeyd edək ki, aksiya zamanı müraciətlərin böyük hissəsi qazilərin bank kreditlərində ödəmənin çətinliyi ilə bağlı yardım edilməsi, torpaq sahəsinin və fərdi yaşayış evlərinin mülkiyyətə dair sənəd alınmasına kömək göstərilməsi, pensiya və müavinətlərın alınmasında hüquqi yardımın göstərilməsi ilə bağlı olmuşdur.
Aksiyanın sonunda Milli Məclisin deputatları Könül Nurullayeva və Sədaqət Vəliyeva “Kredo” Vəkil Bürosunun rəhbəri Elvin Səlimov, peşəkar vəkilləri Sevda Məhərrəmova, İmram Seyidova, Mehriban Məmmədova, Aqşin Kərimov və Fuad Mürsəlzadə ilə görüşərək, layihənin baş tutmasında göstərdikləri dəstəyə görə onlara, habelə Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova öz dərin minnətdarlıqlarını bildiriblər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki