“Amerikada hələ də qara dərililərə qarşı ayrıseçkilik qalmaqda davam edir”.
Vətəninfo.az xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ABŞ-ın müstəqillik qazanmasından 200 ildən çox vaxt keçsə də, hələ də bu problemlər həllini tapmayıb: “Amerikalı zəncilər hələ də həmin ölkənin alt təbəqəsini təşkil edir. Bunu Amerikanı tənqid etmək üçün yox, vəziyyəti düzəltməyə çalışanların çox olduğu üçün deyirəm. Amerika xristian ölkəsidir ve əhalisinin 40 faizi xristiandır. Qalanları digər dinlərdəndir. Kifayət qədər müsəlmanlar da var. Nə etsəniz də müsəlmanlara qarşı fikirləri dəyişməz”.