image-1aa1a3c0-c48f-47be-998e-63eaa02dda29backend

Ölkəmizin müsbət inkişaf tendensiyaları 

image-reklam_sirab_01

 

 

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə edildi. Son bir ilin mənzərəsini təhlil etsək, bu müddətin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik. Prezident dövlətimizin beynəlxalq arenada rolunun artmasının və fəallığın güclənməsini vurğulayıb. Cənab Prezident tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha sübut edir.

120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin yekdil qərarla 2023-cü ilə qədər uzadılması, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi üzrə yeni sənədin imzalanması ilə əlaqədar hazırlığın başa çatması, Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi, region və türk dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ölkəmizin diplomatik uğurlarının bariz göstəricisidir.

Azərbaycan iqtisadiyyatının qlobal neqativ proseslərə dayanıqlılıq göstərməsi və əldə olunan uğurlar Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Həm 44 günlük Vətən müharibsi zamanı, həm də bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasətin təməlində dayanan amillərdən biri məhz iqtisadi müstəqillikdir. İqtisadi sahədə aparılan islahatlar imkan verir ki, bu gün Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır, öz diqtəsini edə bilir. İqtisadi sahədə altı ayda görülmüş işlər də aparılan islahatların nəticəsidir”.

Prezident İlham Əliyev müşavirədə daha çox son altı ayda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində rəsmi İrəvanın məcburən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi məsələlərinə toxundu. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, iqtisadi və kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib. Həmçinin Ermənistan 2020-ci noyabrın 10-da imzaladığı Bəyannamənin 4-cü bəndinə əməl etməyib, yəni, sülhməramlıların yerləşdiyi ərazidən qanunsuz silahlı birləşmələr bu günə qədə də Azərbaycan ərazisindədir. Prezident İlham Əliyevin qətiyyətli, şərhə ehtiyacı olmayan bu mesajlarından Ermənistanın və onun havadarları nəticə çıxartmalıdırlar.

Bu gün Azərbaycanın inkişaf istiqamətləri hərtərəflidir. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal işlər görülür: “Son 5 ayda Azərbaycandan daşınan tranzit yüklərin həcmi təxminən 30 faiz artıb ki, bu olduqca böyük göstəricidir. Xəzər üzərindən yükdaşımaların həcmi də sürətlə artmaqdadır.

Dövlətimizin başçısının müşavirədə qeyd etdiyi əsas nüanslardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir.

Beləliklə, inamla demək olar ki, bu yarımillikdə böyük uğurlar qazanılıb. Bütün istiqamətlərdə irəliləyiş müşahidə olunur. Bu, bizim siyasi kursumuzun açıq və şəffaf olmasının, Azərbaycanın verdiyi vədlərə və öz üzərinə götürdüyü öhdəliklərə vicdanla və etibarlı şəkildə əməl etməsinin nəticəsidir.

 

Aysel Mənsimova – politoloq

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki