OpenAI ilə razılaşma Aleph-in süni intellekt əsaslı reklam portfelini gücləndirir və Latın Amerikası, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda brendlərə və agentliklərə yerli dəstək imkanı yaradır.
Madrid, 12 noyabr 2026-cı il — OpenAI reklam satışına dair Aleph ilə qurduğu eksklüziv tərəfdaşlıq çərçivəsində ChatGPT Ads xidmətinin əhatə dairəsini 44 ölkəyə genişləndirir. Bu gündən etibarən Latın Amerikasında 14, Avropa və Mərkəzi Asiyada 16, Yaxın Şərq və Afrikada 10, Asiya-Sakit okean regionunda isə 4 bazarda fəaliyyət göstərən brendlər və agentliklər OpenAI-nin eksklüziv satış tərəfdaşı olan Aleph vasitəsilə yerli səviyyədə müqavilə bağlaya, ödəniş edə və dəstək ala bilərlər.
ChatGPT insanların məlumat əldə etmək, müxtəlif mövzuları araşdırmaq və qərar vermək üçün üz tutduqları yeni tipli reklam mühitidir. Aleph-in OpenAI ilə tərəfdaşlığının məqsədi bu bazarlardakı biznesləri süni intellekt dövrünün səciyyəvi məhsullarından biri olan ChatGPT ilə əlaqələndirməkdir. Reklamverənlər ChatGPT Ads reklamlarını yerli komandaları və öz ödəniş infrastrukturu olan tərəfdaş vasitəsilə ala biləcəklər.
“Süni intellekt bizneslərə insanlarla əlaqə qurmaq üçün yeni imkan yaradır. Bu gündən 44 bazardakı reklamverənlər öz dillərində danışan, hesabı yerli valyutada təqdim edən və kredit ayıran yerli komanda vasitəsilə OpenAI ilə işləyə bilərlər. Aleph-in ən yaxşı bacardığı iş budur: qlobal texnologiyadan yerli bazarların inkişafı üçün istifadə etmək.” — Gastón Taratuta, Aleph-in təsisçisi və baş icraçı direktoru deyib.
Aleph ilə işləyən brendlər və agentliklər müqavilələri yerli səviyyədə bağlayır və ödəniş hesablarını da yerli səviyyədə alırlar. Aleph-in hər bazardakı komandası xidmətə qoşulmağa kömək edir və ilkin dəstək göstərir. Razılaşma 44 bazarı əhatə edir:
Latın Amerikası (14): Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta-Rika, Dominikan Respublikası, Ekvador, El Salvador, Qvatemala, Panama, Paraqvay, Peru, Puerto-Riko və Uruqvay
Avropa və Mərkəzi Asiya (16): Azərbaycan, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Ukrayna və Özbəkistan
Yaxın Şərq və Afrika (10): Misir, Keniya, Küveyt, Mərakeş, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri
Asiya-Sakit okean regionu (4): Banqladeş, Kamboca, Honkonq və Şri-Lanka
Bu bazarlardakı reklamverənlər və agentliklər bu sayt vasitəsilə ətraflı məlumat ala və Aleph-in yerli komandaları ilə əlaqə saxlaya bilərlər.
Mətbuat üçün əlaqə məlumatları
Aleph: [email protected] | [email protected]
Aleph haqqında
Aleph sürətlə böyüyən 130-dan çox bazarda media və ödəniş həllərinin tətbiqini sürətləndirən ən böyük qlobal infrastrukturu idarə edir. Şirkət 20 illik təcrübəsi və dünyanın 50-dən çox aparıcı rəqəmsal platforması ilə tərəfdaşlığı sayəsində media və ödəniş imkanlarını yerli bazar təcrübəsi ilə birləşdirir. Bununla da platformalara və bizneslərə qlobal miqyasda sürətlə və müvafiq tələblərə uyğun fəaliyyət göstərməyə və böyüməyə imkan yaradır. Dünyanın müxtəlif ölkələrində 90-dan çox ofisdə çalışan komandaları ilə Aleph qlobal fəaliyyət miqyasını yerli bazarlardakı təcrübəsi ilə birləşdirir. Şirkət UNESCO-nun Qlobal Bacarıqlar Akademiyası tərəfindən tanınan Digital Ad Expert təhsil təşəbbüsü vasitəsilə rəqəmsal inklüzivliyi də təşviq edir.
























