Macarıstanda hüquq-mühafizə orqanları ölkənin tanınmış media fiqurlarından biri olan Gyula Balaşiyə məxsus şirkətlərin fəaliyyətini araşdırmağa başlayıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Vətəninfo.az xəbər verir ki, araşdırma mənimsəmə və çirkli pulların yuyulması şübhələri əsasında aparılır. Gyula Balaşi uzun illər ərzində Viktor Orban hökuməti üçün kampaniyalar hazırlayan bir neçə aparıcı media şirkətinin sahibidir və həmin dövrdə gəlirli dövlət müqavilələri əldə edib.
Bildirilir ki, Balaşi yeni hökumətin hakimiyyətə gəlməsindən sonra öz şirkətlərini və bəzi investisiyalarını dövlətə təhvil verməyi təklif edib. O, bu addımın hər hansı qanunsuz fəaliyyəti gizlətmək məqsədi daşımadığını vurğulayıb.
Balaşi həmçinin qeyd edib ki, ötən həftənin əvvəlində ona məxsus bir neçə şirkətin bank hesabları dondurulub.


























