image-1backend

Özbəkistan Prezidentinin Azərbaycana səfəri başlayıb – YENİLƏNİB

image-reklam_sirab_01
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə
görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

Vətəninfo.az  xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali

qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov,

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər

nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

**************

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə yola düşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

dəvəti ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə yola düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki