image-reklam-veteninfo
image-1backend

Pakistanda İran-ABŞ danışıqlarına dair xəbər təkzib edildi

image-reklam-veteninfo

“The Wall Street Journal” qəzeti xarici işlər naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyətinin Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəldiyini bildirib.
Ancaq İran mənbələri bu məlumatı təkzib edir. SEPAH-a bağlı Tasnim xəbər agentliyi məlumatlı mənbələrə istinadla məlumat yayıb ki, danışıqlar aparan İran nümayəndə heyətinin Pakistana gəlişi haqqında xəbərlər tamamilə yalandır.

Qalibafa yaxınlığı ilə tanınan siyasi şərhçi Səid Acorlu da Araqçı və Qalibafın Pakistana uçmadığını deyib.

Mənbələrə görə, danışıqlar ABŞ Livanda atəşkəs öhdəliklərini yerinə yetirənə və İsrail hücumları dayandırana qədər dayandırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki