image-pasinyan-veteninfobackend

Parisdən qayıdan Paşinyan Rusiyanı topa tutdu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan  hökumətin bugünkü iclasına  başlar-başlamaz yenə də ilk işi Azərbaycanla bağlı olub. Artıq adət halını alan bu tip açıqlamalarda yenə də Paşinyan son baş verən hadisədə Azərbaycanı və  Azərbaycan ordusunu hədəf alaraq, güya Azərbaycan Silahlı Qüvvələri  ermənilərin mühəndis işləri aparan bölmələrinə  hücum edib və üç erməni əsgəri tələf olub. Halbu ki, hadəsənin baş verməsinə səbəb qeyd olunan ərazidə erməni olrdusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin postlarının dayanmadan atəşə tutulması olub. Nəticə də bir Azərbaycan əsgəri yaralanıb, üç erməni əsgəri  cavab atəşi zamanı ölüb.

Paşinyanın keçirdiyi iclasda ikinci hədəf aldığı ölkə isə Rusiyadı.  BMT-də NATO baş katibi ilə, Parisdə Fransa prezidenti Makronla  görüşdən sonra, İrəvana çatar-çatmaz Paşinyanın Rusiyanı hədəf alması  elə də təccüb doğurmamalıdır.

Paşinyan  Ermənistana silah-sursat verilməsində yaranan maneələrə keçərək, narazılığını Ermənistanla müttəfiq olan dövlətlərinə yönəldib.

“Azərbaycan bu cür təxribatlarla əmin olmağa çalışır ki, Ermənistanın silahlı qüvvələrin xoşməramlılığını həyata keçirmək imkanı olmasın. Təəssüf ki, onların müttəfiqlərimizlə münasibətlər mənasında da uğurları var: imkan daxilində Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar. Bizdə elə hallar var ki, 100 milyon dollar ödənilib, lakin Ermənistana tədarüklə bağlı öhdəliklər yerinə yetirilmir, o cümlədən müttəfiq ölkələr tərəfindən. Bu, əlbəttə ki, ağrılı reallıqdır”, – deyə Nikol Paşinyan, üstüörtülü şəkildə Rusiyanı hədəf alaraq,əslində isə Rusiya prezidenti Valadimir Putini topa tutub.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki