Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı bəlli olub.
Vətəninfo.az-ın məlumatına görə, ilk iclas oktyabrın 2-də keçiriləcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-da başa çatır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Ancaq bu il sentyabrın 30-u və oktyabrın 1-i qeyri-iş gününə düşdüyünə görə, iclas növbəti iş gününə (oktyabrın 2-nə) təsadüf edəcək.