image-reklam-veteninfo
image-resize-5backend

Paşinyan: “Erməni Apostol Kilsəsi işğal edilib”

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin idarəçiliyi ilə bağlı sərt açıqlamalar verib.

Paşinyan bildirib ki, Erməni Apostol Kilsəsi “işğal edilib” və dindarlar Kilsənin idarəçiliyindən kənarlaşdırılıb.

“Kilsə katolikos və ya yepiskop deyil. Kilsə dindarlardır. Dindarlar Kilsənin idarəçiliyindən kənarlaşdırılıblar”, – deyə Paşinyan bildirib.

Baş nazir Kilsə məsələsinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını da təklif edib. Onun sözlərinə görə, komissiyanın araşdırmasının nəticələri müvafiq qanunvericilik təşəbbüslərinin hazırlanmasına və Kilsənin “işğalına” son qoyulmasına xidmət etməlidir.

Paşinyan çıxışında Ktriç Nersisyanı da kəskin şəkildə tənqid edib və onun Erməni Apostol Kilsəsindəki mövqeyinə etirazını bildirib.

Baş nazirin sözlərinə görə, icma keşişin seçilməsində həlledici rol oynamalı, ən azı bu prosesə əhəmiyyətli təsir imkanına malik olmalıdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki