image-pasikbackend

Paşinyan gah sülh sazişi deyir,gah da beynəlxalq missiya

image-reklam_sirab_01

“Ermənistan beynəlxalq birliyin məsul üzvü kimi Azərbaycanla münaqişənin sülh yolu ilə həll olunması ilə razılaşır”.

Vətəninfo.az xəbər verir ki,  bu fikirləri Ermənistanın  baş nazir Nikol Paşinyan hökumətin iclasında qeyd etməklə yanaşı, Ermənistan ordusunun ardıcıl olaraq revanşist hərkətlərin görməzdən gələrək,yenə də sərhəddə bşa verənlərdə Azərbaycanı günahgar çıxarmağa səy göstərib.

“Bu vəziyyətdə biz ardıcıl olaraq beynəlxalq tərəfdaşlarımıza aşağıdakı qətnaməni təklif edirik və hesab edirik ki, həll yolu Ermənistan-Azərbaycan sərhədində, istər BMT Təhlükəsizlik Şurası, istər ATƏT, istərsə də beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi ola bilər. Və ya hər hansı digər beynəlxalq təşkilat”-deyə çıxışına davam edən Paşinyan əlavə edib ki, sərhəddə baş verən hadisələr  Ermənistanda normal həyatı pozmağa  imkan yaradır. Onun sözlərinə görə, mövcud şəraitdə həyatı normal hesab etmək olmaz və çünki erməni ictimaiyyəti daim gərginliklə xəbər gözləyir: “Hər belə həyəcan hər kəsi normal həyat və iş tsiklindən yayındırır”. Nikol Paşinyan  vurğulayıb ki, onların hər biri diqqətlərini gündəlik işlərinə yönəltməlidirlər: “Çünki sistemlərin normal işləməsi son dərəcə vacibdir və iqtisadiyyat üçün təməl daşıdır. Sizi bu vəziyyəti unutmamağa çağırıram”. Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın güc strukturları, xüsusi xidmət orqanları, təhlükəsizlik şurası daim bu mövzu üzərində işləyir: “Biz siyasi səsimizi yüksəltmək, təklif olunan gündəliyimizi formalaşdırmaq və həyata keçirməkdə davam etməliyik. Biz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü ardıcıl və prinsipial şəkildə qorumalıyıq”.

image-meshur

Milli Məclisin deputatı Məşhur Məmmədov Nikol Paşinyanın hökumətin iclasında səsləndirdiyi “Ermənistan beynəlxalq birliyin məsul üzvü kimi Azərbaycanla münaqişənin sülh yolu ilə həll olunması ilə razılaşır”- fikrinə toxunaraq bildirib ki, Nikol Paşinyan sərhəddə Ermənistan ordusu tərəfindən  revanşist addımlar və Azərbaycan ordusu tərəfindən verilmiş olan sərt cavabdan sonra, bu tip açıqlamalar verməklə,özünü sülhsevər göstərməyə çalışır: ” Əgər doğurdan da Nikol Paşinyan Azərbaycanla sülh şəraitində yaşamağın tərəfdarıdırsa, rəsmi Bakının danışıqlarda irəli sürdüyü beş prinsipə uyğun hərəkət etməli, Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalı, sərhədlərin müyyənləşməsi prosesi sürətlənməli, son Brussel görüşündə sülh müqaviləsinin hazırlanması üzrə ciddi addımlar atmalıdır. Əks təqdirdə Azərbaycanın daha 20-30 il gözləməyə nə vaxtı,nə zamanı var”. Məşhur Məmmədov Paşinyanın “Bu vəziyyətdə biz ardıcıl olaraq beynəlxalq tərəfdaşlarımıza aşağıdakı qətnaməni təklif edirik və hesab edirik ki, həll yolu Ermənistan-Azərbaycan sərhədində, istər BMT Təhlükəsizlik Şurası, istər ATƏT, istərsə də beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi ola bilər. Və ya hər hansı digər beynəlxalq təşkilat”-fikirlərinə gəlincə isə bildirib ki,  Ermənistanın baş naziri bölgəyə beynəlxalq missiyaların dəvət olunması ilə bağlı səsləndirdiyi fikirlərin baş verməsi mümkün deyil. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması qaçılmazdı və Nikol Paşinyan Zəngəzur dəhlizinin reallaşmaması, iki ölkə arasında sərhədlərin Delimitasiya və demarkasiyası baş verməməsi üçün bu tip bəyanatlar verir: “Bu bəyanatlar eyni zamanda Ermənistanın daxili siyasi qüvvələrini sakitləşməyə yönəlik bir bəyanatdır. Nikol Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanla sülh sazişi bağlamaq vacibir,digər bir tərəfdən bölkəyə hansısa beynəlxalq missiya dəvət olunması təklifi edir. Paşinyanın çoxtərəfli və mənasız açıqlamaları ondan xəbər verir ki, Ermənistandakı daxili abu-hava onu ciddi şəkildə narahat edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki