image-reklam-veteninfo
image-1backend

Paşinyan: Putinə dedim ki…

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirdiyi görüşün detalları barədə açıqlama verib.

Baş nazir bu barədə keçirdiyi brifinqdə danışaraq səfərini müsbət qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, təkbətək görüş zamanı tərəflər gələcək əməkdaşlıq və yüksək səviyyəli təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər:
“Moskvaya səfərimi çox müsbət qiymətləndirirəm. Təkbətək görüşdə gələcək görüşlərimiz və tədbirlərimiz barədə razılıq əldə etdik. Artıq iyunun ikinci yarısında da yüksək səviyyəli növbəti görüşün keçirilməsi planlaşdırılır.”

N.Paşinyan qeyd edib ki, Rusiya prezidenti ilə müzakirə etdiyi məsələlər yeni deyil və daha əvvəl səsləndirdiyi mövqelərin davamıdır:
“Görüşdə dediklərim əvvəlki çıxışlarımın məntiqi davamıdır. Yeni hər hansı fikir səsləndirməmişəm. Orada söylədiklərimi siz də məndən dəfələrlə eşitmisiniz.”

Baş nazir əlavə edib ki, Ermənistan-Rusiya münasibətləri hazırda yeni mərhələyə qədəm qoyur:
“İnanıram ki, Ermənistan-Rusiya münasibətləri konstruktiv transformasiya mərhələsindədir və bu prosesi müsbət qiymətləndirirəm.”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki