image-pasinyan-qarabag-separatcibackend

Paşinyanın bu revanşist bəyanatından sonra MÜHARİBƏ BAŞLAYA BİLƏR

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 1991-ci il sentyabrın 2-də erməni separatçılar Dağlıq Qarabağın müstəqilliyini elan ediblər və Azərbaycanın Şaumyan rayonunu da ona “birləşdiriblər”.

Bu gün, bu separatizim hadisələrin 31-ci ildönümündə Ermənistan baş naziri Paşinyan geniş bəyanat yayaraq, bu hərəkətlərə bəraət qazandırıb. O, bu qərarı “Arsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti” adlandırıb.

Nikol Paşinyanın 44 müharibədə kaputuliyasiya aktını qəbul etməsi,müharibədə Ermənistan dövlətinin və xalqının həzimətə məruz qalmasın,əsasəndə son Brussel görüşündə vermiş olduğu vədləri gözardı edib,bu tip revanşist bəyanatla çıxış etməsi başa düşüləndi. Çünki bu erməni xislətidir və heç bir zaman ermənilərə inanmamağı ehtiva edir.

Nikol Paşinyan yaymış olduğu revanşist bəyanatında bunları deyir:

“31 il əvvəl bu gün Dağlıq Qarabağ Muxtar Vilayəti və Şahumyan vilayətinin bütün səviyyəli deputatlarının birgə iclası öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək Dağlıq Qarabağın müstəqilliyi haqqında bəyannamənin qəbulu haqqında qərar qəbul edib”. Nikol Paşinyan Qarabağda ermənilərin separatizimə və terrorçuluğa haqq qazandırmaq üçün bəyan edib ki, Qarabağda onun soydaşlarının  bu qərarı Sumqayıtda, Bakıda, Gncədə törədilən qırğınların təzahürü olan ekzistensial təhlükəyə cavab idi. Bu qərar “Artsax” ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün təminat kimi qəbul edilib.

“Dağlıq Qarabağın bir ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar, “Artsax” ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunmayana qədər və müvafiq olaraq, məsələnin əhəmiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun beynəlxalq ictimaiyyətə həmsədrlik etdiyi Dağlıq Qarabağın statusunun təsdiq edilməsi və ləğv edilməməsi mandatına malikdir”-deyən bu müştəbeh,revanşist Nikol Paşinyan deyəsən Azərbaycan prezidenti İlham Əliyevin uzatmış olduğu əlin yumruğa dönməsi üçün can atır. Paşinyan utanmadan,qızarmadan hətta bəyanatında beynəlxalq təşkilatları da qınamağa can atıb. Bildirib ki,beynəlxalq ictimaiyyət 44 günlük müharibənin yaratdığı humanitar problemlərin həlli və Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin həyata keçirilməsinin qarşısının alınması üçün səylər göstərməyə borcludur.

Çox maraqlıdır ki, Qarabağda etnik təmizləmə deyəndə Paşinyan nəyi nəzərdə tutur? 30 il Azərbaycan ərazisində silah və teroor yolu ilə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi teroor və etnik təmizlənmənimi,yoxsa müxtəlif ölkələrdən,o cümlədən də Ermənistandan insanları aldadaraq Azərbaycan torpaqlarına yerlədirilən ermənilərin laçından,Susdan,Zabuxdan,Kəlbəcərdən,Qubadlıdan,Zəngilandan çıxarılmalarınımı?

Nikol Paşinyan həyasızcasına bəyanatında daha sonra vurğulayır ki, Ermənistan Respublikası Dağlıq Qarabağda (44 günlük müharibədən sonra artıq Dağlıq Qarabağ deyə bir bölgə yoxdu)  normal həyatın saxlanmasına, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi məsələlərinə dəstəyini davam etdirəcək.: “Bu gün biz Dağlıq Qarabağı təcəssüm etdirən şəxsə öz minnətdarlığımızı bildiririk və bizim vəzifəmiz onun dinc, sivil yolla, danışıqlar yolu ilə, sülh şəraitində yaşamaq və yaratmaq ayrılmaz hüququnu təmin etməkdir. Bu gün biz Dağlıq Qarabağda soydaşlarımızın hüquqlarının müdafiəsi uğrunda şəhid olmuş bacı və qardaşlarımızı təvazökarlıqla yad edirik və onlar qarşısında borcumuz Dağlıq Qarabağın, sülhsevər Ermənistanın, dinc Cənubi Qafqazın təmin edilməsidir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki