image-reklam-veteninfo
image-1backend

Pentaqon Polşaya qoşun göndərməyəcək

image-reklam-veteninfo

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Polşaya 4 minə yaxın hərbçinin göndərilməsi planını qəfil şəkildə ləğv edib.

Vətəninfo.az xəbər verir ki, söhbət ABŞ ordusunun 1-ci Süvari Diviziyasının 2-ci Zirehli Briqada Döyüş Qrupundan – 4 mindən çox hərbçi və hərbi texnikadan gedir. Məlumatı “Defense News” nəşri yayıb.

ABŞ ordusunun sözçüsü qərarı təsdiqləsə də, əlavə detallar açıqlamayıb və məsələ ilə bağlı sualları Pentaqona yönləndirib.

Qeyd olunur ki, bu addım ABŞ prezidenti Donald Trampın ölkəsinin Avropadakı hərbi mövcudluğunu azaltmaq siyasəti çərçivəsində atılıb.

ABŞ-ın Avropadakı müttəfiqləri Vaşinqtonun yaxın vaxtlarda qitədəki qoşun sayını daha da azaldacağını gözləyir. NATO ölkələrindən olan diplomatların sözlərinə görə, ilk mərhələdə İtaliyadan bəzi hərbi qüvvələrin çıxarılması planlaşdırılır.

Eyni zamanda ABŞ Konqresində keçirilən dinləmələr zamanı Rod-Aylend ştatından senator Cek Rid bildirib ki, genişləndirilmiş hərbi əməliyyatlar nəticəsində ABŞ ordusu ən azı 2 milyard dollar büdcə kəsiri ilə üzləşib.

Mənbələrə görə, Vaşinqton NATO çərçivəsində də bəzi dəyişikliklərə hazırlaşır. Bunlara müəyyən hərbi təlimlərdə iştirakın azaldılması, qoşunların bir sıra ölkələrdən çıxarılması və onların daha uyğun hesab edilən istiqamətlərə yerləşdirilməsi daxildir.

Bundan əlavə, ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planının da ləğv edilə biləcəyi bildirilir.

Ekspertlər hesab edir ki, Polşaya qoşun göndərilməsi planının ləğvi ABŞ-ın Avropadakı hərbi strategiyasında ciddi dəyişikliklərin göstəricisidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki