image-reklam-veteninfo
image-1backend

Peskov: Si Cinpin və Putin BRICS sammitinin pərdəarxasında ünsiyyət quracaqlar

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin BRICS sammiti çərçivəsində pərdəarxası ünsiyyət imkanına malik olacaqlar.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” xəbər xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki lider sammitin gedişində qısa müddət ərzində qeyri-rəsmi şəkildə fikir mübadiləsi apara biləcəklər.

“Onlar sammitin pərdəarxasında qısa şəkildə ünsiyyət qurmaq imkanına malik olacaqlar. Onların hansısa məsələləri ətraflı müzakirə etməsi çətin görünür, lakin ünsiyyət qurmaq imkanı olacaq”, – deyə Peskov qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki