Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəsinin “ləyaqətlə” dialoq aparmalı olduğunu bildirib və ABŞ ilə danışıqlara qarşı çıxan insanların şüarlarını tənqid edib.
Pezeşkian çıxışında sərt ritorikadan istifadə edərək deyib: “Danışmaq istəmirsinizsə, sona qədər döyüşmək istəyirsiniz? Layəqatlə danışıqlar aparacaq və geri çəkilməyəcəyik”.
O, İranın enerji böhranına diqqət çəkərək bildirib ki, ölkənin yüksək enerji istehlakı həm yayda, həm də qışda ciddi problemlər yarada bilər. Pezeşkianın sözlərinə görə, İran gündə təxminən 100 milyon litr benzin istehsal edir, halbuki real ehtiyac 150 milyon litrdir.
İran prezidenti inflyasiyanın səbəbləri barədə danışaraq qeyd edib ki, iqtisadi problemlərin kökü məhz bu cür sistemli çatışmazlıqlardan başlayır.


























