Avropanın “Politico” nəşrinin məlumatına görə, Aİ üzv dövlətləri Ukraynanın sürətli qoşulması ideyasını rədd ediblər və bunun əvəzinə Kiyevə ölkəni bloka yaxınlaşdırmaq üçün “qısamüddətli təşviq paketi” hazırlayırlar.
Müzakirələrlə tanış olan dörd diplomat Politico-ya bildirib ki, Kiyev üçün təklif bazara daha geniş çıxışı və Aİ proqramlarında və qurumlarında daha dərin iştirakı əhatə edəcək.
Nəşrin qeyd etdiyi kimi, Ukraynanın bloka sürətləndirilmiş qoşulması ideyası “gərgin” mart iclasında rədd edildi. Həmin iclasda üzv dövlətlər Avropa Komissiyasının ölkənin əsas islahatları başa çatdırmadan əvvəl qoşulmasına imkan verən təkliflərini rədd etdilər.
“Üzv dövlətlərə qısa müddətdə üzvlüyə nail olmağın çox çətin olacağı aydın oldu. Lakin bundan əvvəl birlikdə necə irəliləyə biləcəyimiz barədə müsbət təklifimiz olmalıdır”, – deyə diplomatlardan biri bildirib. Təklifin hazırlanmasında iştirak edən ölkələr arasında Almaniya və Fransa da var.
Nəşr həmçinin qeyd edir ki, faktiki AB-yə üzvlük üçün vaxt çərçivəsi “uzun qalır”. 2013-cü ildə Xorvatiyadan bəri heç bir ölkə qoşulmayıb. Brüssel, Genişlənmə üzrə Avropa Komissarı Marta Kos ilə birlikdə bu prosesləri sürətləndirmək üçün çalışır. Lakin, “Politico” yazır ki, Ukraynanın 2027-ci ildə qoşulmaq ümidləri “qeyri-mümkündür”.


























