image-reklam-veteninfo
image-1backend

Putin ABŞ-a gedəcək

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp Rusiyanın prezidenti Vladimir Putini dekabr ayında Mayamidə keçirilməsi planlaşdırılan G20 liderlərinin sammitinə dəvət etməyi planlaşdırır.

The Washington Post nəşrinin ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, hələlik Putinə rəsmi dəvət göndərilməyib. ABŞ Dövlət Departamenti isə bildirib ki, ABŞ rəhbərliyi əsas diqqətini uğurlu və məhsuldar sammitin keçirilməsinə yönəldib və bu çərçivədə Rusiyanın G20 görüşlərində iştirakına açıqdır.

Anonim qalmaq şərti ilə danışan yüksək vəzifəli ABŞ rəsmisi qeyd edib ki, Rusiya G20-nin üzvüdür və buna görə də həm nazirlər səviyyəsində görüşlərə, həm də liderlərin sammitinə dəvət olunacaq.

Ağ Evdə keçirilən brifinq zamanı Tramp bildirib ki, Putinin dəvət olunması ilə bağlı konkret məlumatı yoxdur, lakin buna etiraz etməyəcək. O, eyni zamanda Putinin dəvət alsa belə sammitdə iştirak edib-etməyəcəyinin qeyri-müəyyən olduğunu vurğulayıb.

Kreml isə daha əvvəl Putinin Mayamidə keçiriləcək sammitə dəvət olunduğunu açıqlasa da, onun iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, G20 dünyanın ən böyük iqtisadiyyatlarını birləşdirən beynəlxalq platformadır. Hər il keçirilən sammit qlobal problemlərin müzakirəsi üçün mühüm imkan yaradır.

Rusiya 2019-cu ildən bəri G20 sammitlərində şəxsən iştirak etməyib. Buna əvvəlcə COVID-19 pandemiyası, daha sonra isə 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilə və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinin həbsinə order verilməsi səbəb olub.

Trampın sələfi Co Bayden 2022-ci ildə Rusiyanın G20-dən çıxarılmasını dəstəkləməyə hazır olduğunu bildirmişdi. Ukrayna G20 üzvü olmasa da, bəzi görüşlərdə qonaq qismində iştirak edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki