image-bez-nazvaniya-2backend

Putin geri çəkiləcəkmi?

image-reklam_sirab_01
Qərarlar verilərkən beyin mərkəzlərinin fərqli hesabatlarına və proqnozlarına əsaslanılmırsa, bu həlli çətinləşən ciddi problemlər yaradır. Misal üçün bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibə başlamadan əvvəl gələcək gedişatla bağlı suallar Rusiya prezidenti Vladimir Putinin masası üzərində olmalıydı: 1.Müharibə nə qədər çəkə bilər? 2.Ukraynaya hücum başlayarsa və müharibə uzanarsa NATO və Avropa İttifaqı Rusiya əleyhinə hansı qərarlar qəbul edə bilərlər? 3.Müharibə Rusiya iqtisadiyyatına hansı zərərlər verə bilər? Bu mümkün suallardan bir neçəsiydi ki, müharibədən əvvəl cavabları təxmin edilməliydi.
Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibənin 14-cü ayı geridə qalmaq üzrədir və ilkin nəticələr belədir: 1.Rusiya Donbasın tamamını işğal edə bilməyib və müharibənin uzanması ehtimalı yüksəkdir; 2.Rusiyanın müharibədə itkiləri ən azı 100 mini aşıb; 3.Avropa ölkələri Rusiya neftindən və qazından imtina ediblər və bununla münbit bazarı itirən Rusiyanın gəlirləri xeyli azalıb; 4.Finlyandiya NATO üzvü olub, növbədə İsveçdir və bununla Şimali Atlantika Bloku Rusiya sərhədlərinə doğru genişlənib. Əgər bunların baş verəcəyi ilə bağlı Moskvadakı beyin mərkəzlərindən biri müstəqil hesabat hazırlayıb Kreml sahibi Vladimir Putinə təqdim etsəydi, kim bilir, bəlkə də Rusiya prezidenti müharibəyə başlamaq qərarından imtina edərdi.
Elxan Şahinoğlu
Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki