image-e4980ef7-774c-4424-86c7-b3ae2ec2c823backend

Qalib diyar, qalib Ordu

image-reklam_sirab_01

Qalib diyar, qalib Ordu

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir bunun bariz nümunəsini biz 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsinin Hadrutda istifadəyə verilməsində və 6 sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkil olunacaq olmasında görə bilərik. Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq daima silahlı qüvvələri ilə fəxr edir və hər zaman sembolik olaraq fəxr, sevgi göstəricisi kimi Ordu Gününü qeyd edir.

Sürətli şəkildə davam edən iqtisadi inkişaf müstəqilliyinin açarı, Qələbənin yaxınlaşması xəbərçisi idi. İqtisadi müstəqillik müharibə aparmağa, torpaqlarımızı azad etməmizə şərait yaratdı. Bu müharibə 44 gün ərzində Ermənistan ordusunda panika yaratmış və 10.000 fərarisinin olmasına səbəb olmuşdur. Artıq bütün sərhədlərdə hərbi hissələr yaradılmış, müharibədən sonrakı dövrdə də ordunun güclənməsi yolunda addımlar atılmışdır və atılmağa davam edəcək. Ordu  hazırkı dövrdə daha güclüdür- həm təhcizat, həm də döyüş nöqteyi-nəzərdən. Ermənistanda revanşist addımlarına davam etsə, unutmasınlar ki “Dəmir yumuruq” yerindədir.  Xalq hazırda istəyir ki, Ermənistab postmüharibə reallıqlarını qəbul etsin.

Ordu quruculuğu ilə bağlı işlər öz axarında davam etməkdədir. Kəlbəcər və Laçın rayonunda və digər azad olunan rayonlarda hərbi hissələr yaradılır və xidmət şəraiti yaxşılaşdırılır.

Xatırladaq ki, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşnüşdü, o zaman hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına ətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü. Lakin bu gün azad diyar kimi Kəlbəcərdə quruculuq işləri sürətli şəkildə davam etdirilir.

 

İsmayılova Aygün/ Sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki