image-reklam-veteninfo
image-qy9p7ebv67px8cx7backend

Qalibaf: ABŞ-ın İranda “Mənə inan, qardaş” adlı əməliyyatı uğursuz oldu

image-reklam-veteninfo

Mayın 7-də İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı mediada yayılan xəbərlərə istehza ilə münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb: “”Mənə etibar et, qardaş” əməliyyatı uğursuz oldu. İndi Fauxios əməliyyatı ilə normal həyata qayıdırıq”.

Fauxios, ingilis dilindəki faux (“saxta”) sözünü və Axios xəbər portalının adını birləşdirən söz oyunudur. Beləliklə, Qalibaf, ehtimal ki, nəşrin etibarsızlığına işarə edib.

Bu gün Axios ABŞ-ın təklif olunan memoranduma yaxın gələcəkdə cavab gözlədiyini bildirib. Daha əvvəl portal Vaşinqton və Tehranın nüvə proqramı ilə bağlı memorandum müzakirə etdiyini yazmışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki