Vətəninfo.az xəbər verir ki, bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında paylaşım edərək Livandakı vəziyyətə və bölgədəki son proseslərə münasibət bildirib.
«Soyqırımı törədən “sionist rejim” tərəfindən Livanda dəniz blokadası və müharibə cinayətlərinin artması ABŞ-nin atəşkəsə əməl etməməsinin açıq sübutudur.
Hər seçimin öz dəyəri var və gec-tez hesab ödənilməlidir. Hər şey öz yerinə düşəcək», – deyə, Qalibaf vurğulayıb.


























