image-2backend

Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb

image-reklam_sirab_01

2024/2025-ci tədris ilində Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.

Ali təhsil müəssisəsindən Vətəninfo.az-a verilən məlumata görə, dərslər sentyabrın 23-də başlayacaq.

Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb.

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq “WhatsApp” qrupları üzərindən təqdim ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki