Qarabağ Universitetində ayrılan plan yerlərinin sayı məlum olub.
Vətəninfo.az-ın “Abituriyent” jurnalına istinadən verdiyi məlumatına görə, Universitetdə I ixtisas qrupu üçün 290 yer, II və III qruplar üçün 330 plan yeri ayrılıb.
I ixtisas qrupunda:
Riyaziyyat müəllimliyi (RK): 60 yer
Elektrik və elektronika mühəndisliyi (RK): 40 yer
İnşaat mühəndisliyi (RK): 40 yer
Kompüter mühəndisliyi (Rİ): 100 yer
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK): 30 yer
Mexatronika və robotexnika mühəndisliyi: 30 yer
II ixtisas qrupunda:
Beynəlxalq ticarət və logistika: 30 yer
Dövlət və bələdiyyə idarəetməsi: 40 yer
İqtisadiyyat: 40 yer
Maliyyə: 40 yer
Menecment: 30 yer
Mühasibat: 30 yer
Turizm işinin təşkili: 120 yer
III qrupda:
Azərbaycan dili və ədəbiyyat müəllimliyi: 60 yer
İbtidai sinif müəllimliyi: 60 yer
Xarici dil müəllimliyi: 60 yer
Beynəlxalq münasibətlər: 60 yer
Hüquqşünaslıq: 60 yer
Tarix: 30 yer
Universitetdəki bütün ixtisaslar dövlət sifarişlidir.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.