image-2backend

Qarabağ Universitetinin İncəsənət fakültəsində 130 tələbə təhsil alır

image-reklam_sirab_01

Qarabağ Universitetinin İncəsənət fakültəsində 130 tələbə təhsil alır.

Vətəninfo.az xəbər verir ki, bunu universitetin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə deyib.
O bildirib ki, fakültədə musiqi müəllimliyi, dekorativ-tətbiqi sənət, dizayn, instrumental ifaçılıq və vokal sənəti ixtisasları tədris olunur.

“Məqsədimiz müasir, dünya standartlarına uyğun məzmunlu tədrisi həyata keçirməkdir. Yeni metodologiyalar, yeni dərsliklər, nəzəriyyə, texnologiya üstünlüklü yanaşmalar tədrisimiz üçün vacib elementdir. Bunun üçün də Qarabağ Universitetində peşəkar müəllim heyəti formalaşdırmışıq”, – deyə dekan qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki