Qarabağda yenidənqurma işləri sürətlə davam edir.
104 il öncə Rus imperiyası süqutu etmiş, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etmişdir. Bu həm də hazırkı Azərbaycan Respublikasının var olma səbəbi deməkdir. Bu şanlı vəzifədə əməyi olan Cümhuriyyət qurucularımızın hər birinin xatirəsi bizim üçün əzizdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilərlə bağlı iddia cəhdlərindən əl çəkəcəyinin sözünü vermiş, İrəvan onlara təhvil verilmişdir. Bu Azərbaycanın tarixi şəhərinin bizdən ayrı düşməsinin faktıdır. Bunu unutmaq olmaz. İrəvan bizim tarixi torpağımızdır. Ondan sonrakı dövrdə yenidən rus işğalı baş vermiş, uzun müddət davam etmişdir. Azərbaycan Respublikası 1920-ci ildə itirdiyi müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Lakin müstəqilliyimiz o qədər də möhkəm olmamışdır. Ermənistanın mənfur addımları, hakimiyətdəki gərgin vəziyyət Azərbaycanın 30 ilə yaxın müddətdə isğala məruz qalan dövlət kimi durmasına səbəb oldu. Ermənistan tərəfi sülh naminə çıxış etmək istəmədiyindən, biz öz hüquqlarımızı hərbi-siyasi yolla həll etdik. Bu həm də Azərbaycanın təkbaşına bir sıra beynəlxalq qurumların qətnamələrinin həyata keçirməsi demək idi. Vətən müharibəsi Azərbaycan hakimiyyətinin AXC-nin bizə bəxş etdiyi ilk müstəqilliyə, AR-nın həyatında dönüş rolunu oynayan Ulu Öndərimizin Vətənin bütövlük arzusuna, xalq qarşısında olan vəzifəmizə olan sədaqəti demək idi.
Bu gün isə reallığın tələbədir ki, Ermənistan Azərbaycan ilə sülh imzalamalıdır. Bunun başqa bir variantı yoxdur. Ermənilərin Azərbaycanda yaşaması üçün heç bir problem yoxdur, Azərbaycan tarixən olduğu kimi indi də çoxmillətli dövlətdir.
Hazırda Qarabağa “Böyük Qayıdış” layihəsinə başlanılıb. Sürətli şəkildə quruculuq işlədir davam edir. Birinci pilot layihənin məskəni Zəngilan oldu. Ağalı kəndində bununla bağlı 1 il öncədən işlər başladı. Bundan əlavə işğaldan azad olunmuş digər ərazilərinimizdə icra infrastruktur layihələri dayanmadan genişlənir: dəmir, avtomobil yolları çəkilir. Növbəti məqsədimiz Zəngilanda Hava limanı açılışı etməkdir.
Bütün bunları hazırda edə bilməyimizin səbəbkarı məhz Qarabağı heç vaxt görməsələr belə, onun uğrunda canını ortaya qoyan üç min Şəhidimizdir, onlar daima qəlbimizdə yaşayacaqlar.
Natiq Babayev /Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü