image-2222backend

Qars şəhərinin Sarıqamış rayonunda “Qış-2023” hərbi təlimləri davam edir

image-reklam_sirab_01

Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılmış təlimlərdən olan “Qış- 2023” hərbi təlim Qars şəhərinin Sarıqamış rayonunda keçirilir.

Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan, Almanya və Böyük Britaniya da daxil olmaqla 17 ölkədən iştirakçıların daxil olduğu təlim milli və xarici ünsürlərin iştirakı ilə Cümhuriyyət tarixində (1923-cü ildən bəri) ən geniş təlimlərindəndir.

Hərbi təlimin “Seçilmiş müşahidəçi günü”nün milli müdafiə naziri Hulusi Akar və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələr komandanlığı tərəfindən izlənilməsi planlaşdırılır.

Birgə əməliyyatın həyata keçirilməsində əməkdaşlığın və koordinasiyanın təmin edilməsi, döyüş silahlarının və nəqliyyat vasitələrinin texniki göstəricilərinin və bölmələrin döyüş qabiliyyətinin və imkanlarının, o cümlədən şiddətli soyuqda atışmaların yoxlanılması, məskunlaşma, sığınacaq, təchizat və silahlanma sahəsində hazırlıq səviyyəsinin yüksəldilməsi ilə komanda idarəetmə sistemlərinin işləməsinin təmin edilməsi hərbi təlimin məqsədləri arasında yer alır.

Yanvarın 18-də başlayan “Qış Təlimi 2023” fevralın 2-də başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki