Bugün, fəaliyyəti ilə İnsanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bir lövhə yaradan – Mehriban Xanım Əliyevadan bəhs etmək istəyirəm.
Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur.
O,Heydər Əliyev fondu yaratdi. Fondun rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fondu Azərbaycanda elə problemli sahə yoxdur ki, oraya nüfuz etməsin. Fond xüsusilə qayğıya ehtiyacı olan insanlara yardım edir. İndi müharibədən çıxmışıq, müharibənin özünün travmaları, çətinlikləri var. 3000-dən artıq şəhidimiz, xeyli sayda müharibədə yaralanan, sağlamlığını itirmiş qazimiz var. Bütün bu insanların problemlərinə dəstək olmaq, önəmli məsələdir. 2004-cü ildən Fond Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini[17][18] həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.
Talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinə start verilmişdir. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilmişdir.
Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. Fondun dəstəyi ilə indiyədək 35 mindən çox insan yerli klinikalarda müalicə edilmiş, 8 minə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilmişdir.
Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi bu gün cəmiyyəti narahat edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış binası tikmişdir. Bu layihə müstəqil həyata qədəm qoyan qızların həyatını izləməklə bərabər, eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi genişəhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur.
Mehriban xanım bu işlərin öhdəsindən məharətlə gəlir. Çünki o xalqını sevən, həssas qəlbli insandır, azərbaycanlı xanımdır və hər şeydən öncə şəfqətli anadır. Adətən ailədə övlad problemini, çətinliyini ilk öncə anaya bildirir, çünki ana həssasdır. Mehriban xanım Əliyeva Azərbaycana, Azərbaycan xalqına ana həssaslığı ilə yanaşır. Onda xalqına və dövlətinə sarsılmaz sevgi var. Sevgi olmadan insanların məhəbbətini, sayğısını bu miqyasda qazanmaq yəqin ki, çətin olardı.
NƏSİMİ RAYONU GƏNCİ : GÜNAY MƏMMƏDOVA.