image-reklam-veteninfo
image-1backend

İran bəyanat yaydı: Yaxın günlərdə danışıqların yeni mərhələsi keçiriləcək1

image-reklam-veteninfo

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə danışıqları davam etdirəcək və yaxın günlərdə tərəflər danışıqların yeni mərhələsini keçirəcək.

Vətəninfo.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi deyib.

O, İranın nüvə proqramının dinc xarakter daşımasına dair tədbirlər görməyə hazır olduğunu bəyan edib:

“Sanksiyaların aradan qaldırılması şərti ilə nüvə proqramımızın dinc xarakterini təmin etmək üçün bir sıra addımlar atmağa hazırıq”.

Sözçü həmçinin İranla MAQATE arasında üçüncü tərəfin vasitəçiliyi ilə bağlı iddiaları təkzib edib: “Əlaqələrimiz birbaşadır. Agentliyin nümayəndələrindən biri ötən həftə Tehranda olub və əməkdaşlıq çərçivəsi ilə bağlı müzakirələr aparılıb”.

Bekayi Böyük Britaniya, Fransa və Almaniyanı İrana qarşı sanksiyaların bərpası ilə hədələdiklərinə görə tənqid edib:

“Bu üç ölkə 2015-ci il nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməyib. ABŞ və İsrail İranın nüvə obyektlərinə hücum etdikdə, heç birini qınamadılar. Ona görə də bu mexanizmdən istifadə etmək hüquqları yoxdur”.

Xatırladaq ki, İsrailin hücumları zamanı İranın nüvə obyektlərinin hədəfə alınmasından sonra Tehran MAQATE ilə əməkdaşlığı dayandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki