backend

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

image-reklam_sirab_01

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib.

Bu barədə Vətəninfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 97 plan yeri üzrə 16 namizəd müsabiqədə iştirak edib. Onlardan 11 nəfər rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 5 – 10 sentyabr (18:00-dək) 2024‑cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.

Qəbul olunanların siyahısı:

İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
246543 52 311244
246903 50 311211
247921 51 364121
248494 53 364113
249445 57 311552
251161 50 311114
251174 51 352117
252428 50 324115
255342 54 311625
264297 53 316112
278633 58 321134

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki