Rusiya hakimiyyəti qanunvericiliyi pozan təxminən 200 min əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb.
Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər nazirinin birinci müavini, Xarici Vətəndaşların Vətəndaşlıq və Qeydiyyat Xidmətinin rəhbəri Andrey Kikot Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Onun sözlərinə görə, hər il müxtəlif məqsədlərlə Rusiyaya təxminən 9 milyon xarici vətəndaş daxil olur.
“Hazırda ölkədə 6 milyondan 6,5 milyona qədər xarici vətəndaş yaşayır”, – Kikot qeyd edib.
Rusiya rəsmisi həmçinin bildirib ki, ölkədə miqrant ailələrinin işsiz üzvlərinin sayı 20 faiz azalıb.
Kikotun sözlərinə görə, Rusiyada qanuni əsaslarla yaşayan əmək miqrantlarının sayı da artmaqda davam edir.


























