Mayın 7-də Rusiya dövlət televiziyası olan “1-ci” kanalın “Vremya pokajet” verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsini göstərilib.
Xəritədə Azərbaycan daxilində mövcud olmayan “naqornı Karabax” adlı ləkə yerləşdirilib.
Bununla da Rusiya Federasiyası rəsmi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və Azərbaycan-Ermənistan sülh prosesinə qarşı növbəti təxribata əl atıb.
Belə olan halda, Azərbaycan XİN Rusiyanın ölkəmizdəki səfirini dəvət edib, ona etiraz notası təqdim etməlidir.


























